Stepan Mesiç: "İndi regionda əməkdaşlığa və inteqrasiyaya fokuslanmağın vaxtıdır"

Stepan Mesiç

© APA | Stepan Mesiç

# 06 noyabr 2021 14:29 (UTC +04:00)

"İndi regionda əməkdaşlığa, inteqrasiyaya, sülhə fokuslanmağın vaxtıdır".

APA-nın xəbərinə görə, bunu Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç jurnalistlərə açıqlamasında deyib.

"Artıq torpaqlar azad olunub və azad olunmuş ərazilərdə işlərin başlaması və bu prosesdə Aİ ölkələrindən də şirkətlərin iştirakını gözləmək normaldır. Təbii ki, bu ərazilərə yenidən həyatın qayıtması üçün yenidənqurma və bərpa işləri artıq görülür.

Düşünürəm ki, müharibələr olmamalıdır və münaqişələr BMT sənədləri ilə sülh yolu ilə həll olunmalıdır, ancaq artıq müharibə bitibsə, indi regionda əməkdaşlığa, inteqrasiyaya, sülhə fokuslanmağın vaxtıdır", - keçmiş Prezident deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR