Svante Kornell: “NATO və Azərbaycan arasında münasibətləri daha da canlandırmaq vaxtıdır”

“Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfrans

© APA | “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfrans

# 16 iyun 2021 15:34 (UTC +04:00)

“İndi NATO və Azərbaycan arasında münasibətləri daha da canlandırmaq zamanıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa video-formatda qoşulan Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru Svante Kornell bildirib.

S. Kornell deyib ki, Azərbaycanın stabilliyi, xarici siyasət kursunun eniş-çıxışlı olmaması və öncədən proqnozlaşdırılan olması yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan regionda hərbi, iqtisadi potensialına görə ən güclü ölkədir. Azərbaycanın qonşuları ilə yaxşı əlaqəsi var, Rusiya və NATO arasında mediator rolu oynaya bilər. Azərbaycan Türkiyə və İsraillə yaxşı münasibətlərə malikdir və Türkiyə ilə İsrailin münasibətlərinin yaxınlaşmasında da Azərbaycan rol oynaya bilər. Azərbaycan Türkiyə və Yunanıstanla da yaxşı münasibətlərə malikdir və bu münasibətlərdən bu iki ölkənin münasibətlərinin yaxınlaşması üçün istifadə olunması mümkündür. Azərbaycanın Türkmənistanla da münasibətləri inkişaf edir, Azərbaycan Qərbin Mərkəzi Asiyaya yolu ola bilər. Azərbaycan NATO üçün əla tərəfdaşdır, münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün potensial mövcuddur. Bu yaxşı münasibətin səbəbi də Azərbaycanın balanslı siyasət yürütməsidir”.

O qeyd edib ki, Rusiyanın hərbi qüvvələrinin Qaradağda olması fonunda Türkiyənin regiondakı rolu da önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR