Tahir Budaqov: "Ermənistanın sülh müqaviləsini imzalaması qaçılmazdır”

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 07 dekabr 2021 15:09 (UTC +04:00)

“Bölgədə gedən proseslər geriyə dönə bilməz. Bunu Ermənistan rəhbərliyi də, erməni xalqı da çox yaxşı başa düşür”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 7-də İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Amma biz əminik ki, qısa zaman ərzində Ermənistan və Azərbaycan arasında həm sərhədlərin müəyyənləşdirilməsi, yekun olaraq sülh müqaviləsinin imzalanması qaçılmazdır. Eyni zamanda, üçtərəfli bəyanatdan irəli gələn məsələlərin, o cümlədən Zəngəzur dəhlizinin açılması da reallıqdır. Bu gün buna qarşı çıxa biləcək heç bir qüvvə yoxdur”, - T. Budaqov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR