Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib - FOTO

Tbilisidə Zəfər Günü münasibətilə aksiya keçirilib - FOTO
# 08 noyabr 2021 17:56 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə aksiya keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın dövlət bayrağı ilə bəzədilmiş 3 kater Sülh körpüsündən başlayaraq Kür çayında hərəkət edib.

Aksiya Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Katerlərin hərəkəti şəhər sakinlərinin marağına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR