TBMM sədri helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 30 noyabr 2021 15:58 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə TBMM sədri “Twitter”də bildirib.

“Bu gün baş vermiş helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Azərbaycan xalqının başı sağ olsun!” – Türkiyə parlamentinin sədri qeyd edib.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR