Tural Gəncəliyev erməni əsilli vətəndaşların hüquqlarının təmin olunacağını bildirib

Tural Gəncəliyev

© APA | Tural Gəncəliyev

# 08 oktyabr 2021 16:00 (UTC +04:00)

“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb.

APA-nın xəbərinə görə, bu barədə deputat özünün “Twitter” hesabında məlumat verib.

T. Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu K. Henriksenin diqqətinə çatdırıb.

“Təbii ki, həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər. Mən bir deputat kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesajlar alıram. Onlar Azərbaycan pasportunu əldə etmək üçün müraciət etmək istədiklərini bildirilər. Eyni zamanda, biz humanitar məsələləri həll etmək istərdik”, - T. Gəncəliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR