Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının Ankarada üçtərəfli toplantısı keçiriləcək

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının Ankarada üçtərəfli toplantısı keçiriləcək
# 15 oktyabr 2021 21:37 (UTC +04:00)

Oktyabrın 18-19-da Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan-Gürcüstan Parlamentlərinin xarici əlaqələr komissiyalarının VI üçtərəfli iclası keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıçın dəvəti ilə təşkil edilib.

Bu məqsədlə Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi ilə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndələri oktyabrın 18-də Ankaraya səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR