Türkiyə Böyük Millət Məclisinin sədri: “Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında üçlü format yaradıla bilər”

Türkiyə Böyük Millət Məclisinin sədri: “Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında üçlü format yaradıla bilər”

© APA | Mustafa Şentop

# 28 iyul 2021 09:23 (UTC +04:00)

“Dünən Azərbaycan, Türkiyə və Pakistan parlament sədlərinin üçlü görüş formatı çərçivəsində görüşdük”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, bu təşəbbüsün müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olub: “Bu üç ölkənin xarici işlər nazirlərinin belə üçlü formatı var, dünən parlament sədrləri arasında belə format yaratmağı qərara aldıq. Növbəti görüşü 2022-ci ildə Pakistanda keçirəcəyik. Daha sonra Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları arasında üçlü format yaradıla bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR