Türkiyə səfiri: “Əgər “3+3” formatı qorunarsa, region sülh içərisində yaşayacaq”

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 21 iyun 2021 11:20 (UTC +04:00)

“Türkiyə hər zaman normal münasibətlərin tərəfdarıdır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O, Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb.

“Bu regionda birgə sülh və əməkdaşlıq şəraitində yaşamaq lazımdır. Türkiyənin irəli sürdüyü və Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İranın iştirak edəcəyi “3+3” formatı var. Biz bunun reallaşmasını arzu edirik. Əgər bu format qorunarsa, region sülh içərisində yaşayacaq. Buna çalışmaq lazımdır”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR