Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib
# 17 noyabr 2021 19:21 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, - paylaşımda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR