Türkiyə səfiri Gəncəyə səfər edib - FOTO - VİDEO - YENİLƏNİB

Türkiyə səfiri Gəncəyə səfər edib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 12 iyul 2021 10:50 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, C. Bağçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra səfirlə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov arasında görüş keçirilib. Səfir Şəhidlər Xiyabanı və Ermənistan ordusu tərəfindən raket atılan Qələbə parkını ziyarət edib. C. Bağçı Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR