Türkiyə səfiri Milli Qəhrəman Polad Həşimovun anası ilə görüşüb - FOTO

Səmayə Haşımova, Cahit Bağçı

© APA | Səmayə Haşımova, Cahit Bağçı

# 05 oktyabr 2021 13:19 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə türkiyəli diplomat “Twitter”də bildirib.

Səfir qeyd edib ki, Polad Həşimovun anasına Türkiyə bayrağı hədiyə edilib.

Diplomatın sözlərinə görə, Səmayə Həşimova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türk millətinə salamlarını çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR