Türkiyə ticarət nazirinin müavini: “Qarabağa şirkətlərimizin verəcəyi dəstək bizim üçün həm də bir məsuliyyət deməkdir”

Mustafa Tuzcu

© APA | Mustafa Tuzcu

# 11 sentyabr 2021 15:19 (UTC +04:00)

“Bu gün Türk Şurasının iqtisadiyyat nazirlərinin görüşündən sonra 30 illik əsarətdən xilas edilən Ağdamdayıq, inşallah Qarabağın bərpasına şahidlik etmək də bizlərə nəsib olar”.

APA-nın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu deyib.

Qarabağda olmaqdan qürur duyduğunu bildirən M.Tuzcu Türkiyənin bu torpaqların azad olunmasında Azərbaycanın yardımçısı olduğu kimi bundan sonra inşasında da kömək edəcəyini qeyd edib: “Bu vəsilə ilə bu torpaqların azad olunmasında iştirak edən qazilərimizi və şəhidlərimizi anıram. İyun ayında prezidentimiz cənab Rəcəb Tayyip Ərdoğan bu bölgəyə ziyarətində dediyi kimi İlham Əliyevlə birgə işğaldan azad olunan torpaqların bərpasında iştirak edəcəyik. Bizim şirkətlərimizin Qarabağa verəcəyi dəstək təkcə ticari fəaliyyətdən ibarət deyil, bu bizim üçün həm də bir məsuliyyət deməkdir. Biz dövlət və millət olaraq əlimizdən gələni edəcəyik. Ağdam adı kimi təzədən ağ bir saray olar və bütün dünyaya da bu cür elan edilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR