Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

Türkiyə XİN Azərbaycan xalqını təbrik edib
# 17 noyabr 2021 13:13 (UTC +04:00)

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 17 Noyabr- Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bununla bağlı Türkiyə XİN-in "Twitter" hesabında paylaşım edilib.

"33 il əvvəl bu gün azərbaycanlı qardaşlarımız Azadlıq meydanında müstəqillik iradəsini nümayiş etdirdilər. Eyni ruh və inamla işğal altında olan torpaqlarını azad edən azərbaycanlı qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edirik!",- deyə paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR