Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi

© APA | Türkiyə Xarici İşlər Nazirliyi

# 30 noyabr 2021 14:17 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in saytında bildirilib.

“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR