Türkiyə XİN başçısı: “Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

Türkiyə XİN başçısı: “Hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”

© APA | Mövlud Çavuşoğlu

# 16 iyun 2021 11:32 (UTC +04:00)

“Azərbaycan torpaqları 30 il işğal altında qaldı. Qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi”. 

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib. 

O bildirib ki, Azərbaycan münaqişənin diplomatik yolla həlli üçün uzun illər səbr edib: “Lakin təəssüf ki, bu istiqamətdə göstərilən təşəbbüslər yetərli olmadı. Münaqişə dondurulmuş vəziyyətdə qaldı. Əlbəttə, Azərbaycanın səbrinin həddi var idi”.  

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və hər kəs Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR