Türkiyə XİN: Ermənistandakı seçkilərin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyirik

Türkiyə XİN: Ermənistandakı seçkilərin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyirik
# 25 iyun 2021 18:00 (UTC +04:00)

“2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə biz bunu daha da irəli apardıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç deyib.

O bildirib ki, Türkiyə Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyir.

XİN rəsmisinin sözlərinə görə, regional layihələrdən kənarda qalmağın ən böyük zərərini Ermənistanın özü görüb.

“Ermənistanda formalaşacaq yeni hökumətin müsbət bir gündəm ələ almasını və regional əməkdaşlıqda yerini almasını arzu edirik. Türkiyə Prezidenti də Azərbaycana son səfərində bildirdi ki, yaxşı niyyət gördüyümüz təqdirdə biz də eyni şəkildə qarşılıq verəcəyik”, - deyə T. Bilgiç qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR