Türkiyə XİN: “Türkiyə Cənubi Qafqazda sülh, sabitlik üçün hər cür dəstəyi verməyə davam edəcək”

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 29 may 2021 10:57 (UTC +04:00)

“Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf üçün hər cür dəstəyi verməyə davam edəcək”.

Bu barədə APA-nın yerli bürosunun “Zəngəzur dəhlizinin reallığa çevrilməsində Türkiyənin nə kimi rolu olacaq?” sorğusuna cavab olaraq Türkiyənin Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən bildirilib.

Məlumatda qeyd olunub ki, Zəngəzur, yəni Naxçıvan və Azərbaycanın qalan hissəsi arasında qurulacaq əlaqələr məsələsi 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya tərəfindən qəbul edilən üçtərəfli bəyanatda qeyd edilib: “Bu əlaqələr həyata keçirildikdə bütün Cənubi Qafqazda sabitlik və iqtisadi inkişaf asanlaşacaq. Türkiyə bu prosesin yekunlaşması üçün yalnız Azərbaycanın deyil, bütün bölgənin də maraqları üçün dəstəyini davam etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR