Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək
# 24 iyun 2021 16:18 (UTC +04:00)

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində S. Rüstəmxanlıya Türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.

Səfər iyulun 5-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR