Türkiyəli ekspert: “Zəngəzur dəhlizi Türkiyə üçün böyük əhəmiyyət kəsb edəcək”

Türkiyəli ekspert: “Zəngəzur dəhlizi Türkiyə üçün böyük əhəmiyyət kəsb edəcək”

© APA | Zəngəzur dəhlizi

# 02 iyul 2021 13:25 (UTC +04:00)

“Rusiyanın Ermənistanla dəmir yolu əlaqələri yoxdur, Gürcüstan üzərindən avtomobil yolu da etibarlı deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Zəngəzur dəhlizinin regiondakı nəqliyyat-kommunikasiya xətlərinə mümkün təsirləri” adlı vebinarda BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırov bildirib.

O. Bağırov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan bir sıra regional layihələr həyata keçirib, işğal faktına görə Ermənistan bu layihələrdə iştirak etməyib: “Regionda təcrid olmuş vəziyyətdə qalması Ermənistanda miqrasiyaya səbəb oldu, ancaq qonşu ölkə işğalçılıq siyasətindən əl çəkmirdi. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdi. İmzalanmış üçtərəfli Bəyannamə regionda kommunikasiya əlaqələrinin bərpasını nəzərdə tutur”.

Türkiyə Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Kerem Tuncel deyib ki, Zəngəzur dəhlizi Türkiyə üçün böyük əhəmiyyət kəsb edəcək: “Türkiyənin xarici işlər naziri ölkənin yeni Asiya siyasətini elan edib. Yeni Asiya siyasəti Türkiyənin Zəngəzur dəhlizinin açılmasına nə üçün xüsusi diqqət yetirdiyini göstərməkdədir”.
Türkiyəli ekspertin sözlərinə görə, Zəngəzur dəhlizində nəqliyyat-kommunikasiya xətlərinin qurulması kifayət qədər vaxt ayıracaq: “Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunu da tam əvəzləyə bilməyəcək, gürcüstanlı həmkarlarımız da narahat olmasınlar”.
Kerem Tuncel qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanal-İstanbulun da tezliklə inşa olunacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR