Türkiyəli millət vəkili: “Bütün sahələr üzrə iş adamlarımız Qarabağa gələcək”

İbrahim Kürşat Tuna

© APA | İbrahim Kürşat Tuna

# 11 sentyabr 2021 16:26 (UTC +04:00)

“Qarabağın təkrar ayağa qalxması üçün Türk dövlətlərinin prezidentləri, iş adamları bir araya gəldilər”.

APA-nın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Çanaqqala millət vəkili İbrahim Kürşat Tuna deyib.

Onun sözlərinə görə, torpaqları azad etmək qədər əhalinin geri qayıtması, yerləşməsi və iqtisadi fəaliyyətini davam etdirməsi də çox vacibdir: “Ermənilərin çox böyük zülm etdiklərini bilirik, amma ermənilər eyni zamanda bizim tariximizə, memarlıq abidələrimizə, heysiyyatımıza çox böyük zülmlər ediblər. Lakin biz bilirik ki, zülm heç vaxt abad olmur. Təkrar Qarabağ torpaqları bizim oldu. Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enməz. İnşallah Qarabağda qalxan bayraq bir daha enməyəcək”.

Millət vəkili Qarabağı təkrar canlandırmağın, təkrar inşa etməyin vacib olduğunu vurğulayıb: “Burda Türkiyə dövlətinin üzərinə düşən vəzifə nədirsə, Türkiyə Ticarət Palatası və Birjaları Birliyi olaraq biz də üzərimizə düşəni etməyə hazırıq. Rəhbərimiz Rifat Hisarcıklıoğlu, mədənçilikdən enerjiyə, tərəvəzçilikdən sənayeyə qədər bütün sahələr üzrə iş adamlarımız bu bölgəyə gələcək. Buradakı qardaşlarımızın təkrar ayağa qalxması üçün sonuna qədər dəstək verməyə davam edəcəyik. Bu günləri bizə bəxş edən Allahımıza təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR