Türkiyəli siyasətçi: "Şuşa Bəyannaməsi hər anlamında böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinin həyata keçirilməsidir"

Türkiyəli siyasətçi: "Şuşa Bəyannaməsi hər anlamında böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinin həyata keçirilməsidir"
# 17 iyun 2021 07:09 (UTC +04:00)

"Hər şeydən əvvəl bu, iki dövlətlə bir millət arasındakı münasibətləri müttəfiq səviyyəsinə çatdırmaq və gerçək bir qələbədən sonra əvvəlki razılaşmaları dərinləşdirmək baxımından son dərəcə vacibdir".

APA-nın Türkiyə bürosuna bunu türkiyəli siyasətçi, Türkiyə Böyük Millət Məclisinin keçmiş millət vəkili Adil Aşırım Şuşa Bəyannaməsini dəyərlədirməsində bildirib.

A.Aşırım deyib ki, bu cür razılaşmalar iki qardaş ölkəyə edilən haqsız hücumlara qarşı hüquqi bir əsas yaradır: "Şuşa Bəyannaməsi iki qardaş ölkəyə qarşı düşmən niyyətlərini dayandırmaq, Qafqaz bölgəsində sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün təməl əsas olacaq. Sülhü təmin edəcək bu birlik bölgənin hər baxımdan inkişafını təmin edəcək və regiona, eləcə də dünyaya verdiyi töhfə ilə bəşəriyyətin layiq olduğu dinclik, əmin-amanlıq içində yaşayacağı mühiti gətirəcək. Bu baxımdan bu razılaşmanı həyata keçirən iki ölkə lideri digər ölkələr və təşkilatlar tərəfindən təqdir edilməlidir".

Siyasətçi "bölgənin sülh və təhlükəsizliyinin ən etibarlı sənədi" adlandırdığı Bəyannaməni iki qardaş ölkənin şücaətinin, müstəqilliyinin və ərazi bütövlüyünün dost və düşmənə bildirişi kimi dəyərləndirib: "Bu saziş dünyaya təhlükəsizlik tədbirlərinin sonsuza qədər gücləndirilməsi üçün birgə səylərin göstərilməsidir. Qanunsuz, vəhşicəsinə edilən hücumlara görə "bir daha heç vaxt belə bir iş görməyin" xəbərdarlığıdır".

A.Aşırımın fikrincə, müqavilə həm də dost ölkələr üçün oxşar hücumlara qarşı nümunə olacaq bir həmrəylikdir: "Hər anlamında böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinin həyata keçirilməsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR