Ukrayna səfiri: “Şuşa adi şəhər deyil” - VİDEO - YENİLƏNİB

Ukrayna səfiri: “Şuşa adi şəhər deyil” - VİDEO  - YENİLƏNİB

© APA | Vladislav Kanevski

# 09 iyul 2021 21:23 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:53

“Mən Şuşaya çoxdan səyahət etmək istəyirdim. Bu gün bu imkanı qazandığıma şadam. Çünki bura adi şəhər deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşada APA-ya açıqlamasında deyib.

“Burada olub, bütün tarixi öz gözünlə görürsən, dağları, enerjini hiss edirsən. Mədəniyyət sahəsində Azərbaycanın ən məşhur insanları burada doğulub, yaşayıb-yaradıblar. Ukrayna-Azərbaycan münasibətləri baxımından bizim üçün ən maraqlısı Yusif Vəzir Çəmənzəminlinin burada doğulmasıdır. Görkəmli nasir və siyasi xadim olan Çəmənzəminli 100 il bundan əvvəl Azərbaycanın Ukrayna Xalq Respublikasında səfiri olub. Bu gün həm də Azərbaycanda Diplomatiya günü olmasından istifadə edərək, təbriklərimi çatdırmaq istəyirəm”, - deyə diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR