Ukrayna XİN: Azərbaycanla strateji tərəfdaşlığın daha da inkişafı üçün çalışırıq

Ukrayna Xarici İşlər Nazirliyi

© APA | Ukrayna Xarici İşlər Nazirliyi

# 28 may 2021 11:22 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in "Twitter" hesabında qeyd olunub.

“Respublika Günü münasibətilə Azərbaycana səmimi təbriklərimizi çatdırırıq. Dost Azərbaycan xalqına və Azərbaycan XİN-də çalışan həmkarlarımıza sülh, uğur və firavanlıq diləyirik. Biz Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın daha da inkişafı üçün çalışırıq. Respublika Gününüz mübarək!", - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR