Ukraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günü Azərbaycanda qeyd edilib - VİDEO

Ukraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günü Azərbaycanda qeyd edilib - VİDEO
# 24 avqust 2021 12:32 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfirliyi Ukraynanın Dövlət Bayrağı Gününü və Ukraynanın Müstəqillik Gününü qeyd edib.

APA-nın məlumatına görə, səfirlik bununla bağlı yaydığı açıqlamasında bildirib k, Dövlət Bayrağı müqəddəsdir, şəxsiyyətimizin, genetik kodumuzun bir hissəsidir: “Ukraynaya sevgi ilə, xalqımızın keçmişinə hörmətlə biz azad, demokratik Ukraynanın rəmzi olan mavi və sarı bayrağı ucaldırıq. Tarixi nailiyyətləri dövründə o, Ukrayna xalqının fəth edilməmiş və güclü ruhunun təcəssümü oldu. Bu bayraq hərbçilərimizlə birgə İlovayskda, Debaltsevoda, Saur-Mogildə sınaqlardan keçdi və mütləq şəkildə Ukraynanın Krım və Donbasdakı torpaqlarına geri dönəcək”.

“Bu, dövlətçilik uğrunda mübarizə aparan atalarımızın xatirəsinin, eləcə də sabah haqqında, gələcək nəsillər haqqında, tarix qarşısında məsuliyyətimiz barədə düşünməli olduğumuz bir gündür. Axı biz Ukraynanın Müstəqilliyinin 30 illiyini xarici silahlı təcavüz şəraitində, Vətən müdafiəçilərinin qanı axanda qeyd edirik. Xalqımızın ayrılmaz, müstəqil və firavan bir Avropa dövlətində ləyaqətli həyat arzusunun qiyməti budur”, - deyə açıqlamada vurğulanır.

Açıqlamada qeyd olunur ki, bu gün, heç olmadığı kimi, bu bayram ukraynalıların hər birinə yüksək tələblər qoyur, özü, ölkəsi, gələcək nəsillər qarşısında xüsusi məsuliyyət daşımağa təşviq edir, çünki bu, müasir Ukraynanın ən çətin dövrüdür: “Unutmayın ki, "Ukrayna" adlanan böyük bir ev tikirik, burada hamı özünü ümumi ukraynalı, böyük bir ailənin tam üzvü kimi hiss etməlidir. Bayrağımızı və bunun üçün canını qurban verənləri şərəflə anırıq, milli bayramınızı təbrik edir, Ukraynanın rifahı naminə uğurlar, ilham, yeni nailiyyətlər arzulayırıq!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR