ÜST-ün Baş direktoru: “COVID-19-dan sonra daha böyük həmrəyliyə nail olacağımıza inanırıq” 

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 04 noyabr 2021 11:26 (UTC +04:00)

“Dünya ölkələrinin yalnız 2/3 hissəsi əhalinin əksəriyyətinə vaksin vurub”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus videomüraciətində bildirib.

Adhanom Qebreyesus deyib ki, ÜST-ün məqsədi bu ilin sonuna qədər bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvəndlənməsinə nail olunmasıdır: “Bizim COVID-19-dan sonra daha böyük həmrəyliyə nail olacağımıza inanırıq. Bu ayın sonunda Baş Assambleyanın növbəti toplantısı keçiriləcək. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsini yaratmalıyıq”.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru qeyd edib ki, pandemiyaya daha yaxşı hazır olmalıyıq: “Bizim səhiyyə müəssisələrimiz yüksək tibbi xidmətlərə hər zaman hazır olunmalıdır. Pandemiya nümayiş etdirdi ki, ən zəngin dövlətlər bu xəstəlikdən sığortalanmayıb. Xəstəlikdən qorunmaq insan hüquqlarından biridir. Pandemiya göstərdi ki, sağlamlıqla bağlı olan məsələ diqqət mərkəzində olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR