Vestminster Universitetində Anım Günü münasibətilə tədbir keçirilib - FOTO

Vestminster Universitetində Anım Günü münasibətilə tədbir keçirilib - FOTO
# 20 oktyabr 2021 17:00 (UTC +04:00)

Londonun Vestminster Universitetində Anım Günü münasibətilə tədbir keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Vestminster Universiteti və London Universitet Kollecinin Azərbaycan Cəmiyyətləri tərəfindən təşkil olunan tədbirdə Londonda yaşayan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni oxunub.

Tədbirin təşkilatçısı, Vestminster Universitetinin tələbəsi Mirkazım Seyidzadə Azərbaycanın hərbi əməliyyatların getdiyi ərazidən kənarda yerləşən şəhər və kəndlərinin Ermənistan tərəfindən qəsdən raket atəşinə məruz qalması, günahsız insanların öldürülməsi haqqında məlumat verib.

Daha sonra London Universitet Kollecinin azərbaycanlı tələbələri 44 günlük müharibə nəticəsində Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də 10 noyabr tarixli Üçtərəfli Bəyanatın əhəmiyyətindən söz ediblər.

Sonda isə əcnəbi tələbələrin sualları cavablandırılıb, müharibə ilə bağlı video-materiallar nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR