VIII Qlobal Bakı Forumu çərçivəsində “Gənclik danışır, biz dinləyirik” adlı panel keçirilib - FOTO

VIII Qlobal Bakı Forumu çərçivəsində “Gənclik danışır, biz dinləyirik” adlı panel keçirilib - FOTO
# 05 noyabr 2021 17:27 (UTC +04:00)

VIII Qlobal Bakı Forumu çərçivəsində “Gənclik danışır, biz dinləyirik” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko pandemiyanın təsirləri barədə danışıb.

O bildirib ki, pandemiya həm ölkələrin iqtisadiyyatına zərbə vurub, həm də insanların həyat tərzini ciddi surətdə dəyişdirib. Katerina Yuşenko, ətraf mühitin qorunması, peyvəndlənmənin daha sürətlə və geniş aparılması, yeni nəslin inkişafı üçün daha çox investisiyanın yatırılmasının vacibliyini vurğulayıb.

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlah qeyd edib ki, pandemiya humanizm, sosial-dayanıqlı iqtisadiyyat üçün test olub, bəşəriyyətin həssaslığını, zəif yerlərini ortaya çıxarıb.

İ. Vlah bildirib ki, dünya qaçqın böhranı, miqrasiya, iqlim dəyişikliyi kimi problemlərlə üzləşir. O qeyd edib ki, bəşəriyyətin üzləşdiyi problemləri həll etmək üçün hökumətlərarası əməkdaşlıq vacibdir.

Panel gənclərin müzakirəsi ilə davam edib. Müxtəlif ölkələrdən olan gənclər texnologiya və innovasiya, münaqişələr, onların səbəbləri və həll yolları, qızların təhsilə cəlb olunması, iqlim dəyişikliyi və s. mövzularda fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR