Viktor Yuşşenko: “Ukrayna da Azərbaycan kimi bütün ərazisində suverenliyini təmin etməyi arzulayır”

Viktor Yuşşenko,  Ukraynanın sabiq Prezidenti

© APA | Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti

# 07 noyabr 2021 19:18 (UTC +04:00)

“Bura gələndə 30 il ərzində becərilməmiş torpaqlar, bağlar, insanların yaşadığı bir ev belə görməyəndə kədərlənirsən”.
Bunu APA-ya müsahibəsində Şuşada səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bildirib.
V. Yuşşenko deyib ki, bu torpaqlara artıq bayram gəldiyini də görür: “Bir neçə il sonra burada uşaqlar olacaq, bağlar salınacaq. Ona görə də mən bütün Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Azərbaycan kimi bütün ərazisində suverenliyini təmin etməyi bir sıra ölkələr arzulayır. O cümlədən Ukrayna da Azərbaycan kimi bütün ərazisində suverenliyini təmin etməyi arzulayır. Ona görə də sabah bizim küçələrdə, Ukraynada da bayram olacaq”.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günüdür. VIII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda səfərdə olan V. Yuşşenko da Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR