Xarici işlər naziri: “Azad edilmiş ərazilərin bərpası istiqamətində dövlətimiz tərəfindən nəhəng işlər görülür”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 04 noyabr 2021 15:50 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov hazırda Azərbaycanın qarşısında duran əsas prioritetləri açıqlayıb.

APA-nın məlumatına görə, Ceyhun Bayramov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi qarşıda duran əsas prioritetdir: “Bu, dəfələrlə qeyd olunub, bu məsələyə Prezident İlham Əliyev də xüsusi önəm və diqqət yetirir. Ərazilərin bərpa edilməsi, uzun illər ərzində həmin torpaqlarda həsrətlə yaşamaq ümidi olan insanların təhlükəsiz qayıdışının təmin edilməsi əsas vəzifələrdəndir. Bu istiqamətlərlə bağlı dövlətimiz tərəfindən nəhəng işlər görülür. Bu gün bu Qlobal Bakı Forumunda iştirak edən keçmiş dövlət başçıları, Nobel mükafatı laureatları və digərləri hətta xəbərlərdən, internetdən əldə etdiyi görüntülərdən sonra öz təəccüblərini gizlədə bilmirlər ki, qısa zaman ərzində artıq Azərbaycan bu qədər iş görüb. Qısa müddət ərzində beynəlxalq hava limanının açılması, böyük şəhərlərimizin baş planının təsdiq edilməsi, müxtəlif istiqamətlərdə yeni magistralların, dəmir yollarının tikintisi, bərpası, infrastrukturun bərpa edilməsi, iş yerləri ilə bağlı planlar, alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihələr artıq aylar sonra reallaşır. Azərbaycan burada yalnız dağıdılmış deyil, eyni zamanda Ermənistan tərəfindən 30 il ərzində minalarla çirkləndirilmiş əraziləri bərpa edir. Bu işlərin nə qədər çətin, böyük və mürəkkəb proses olduğunu biz hər birimiz yaxşı anlayırıq. Yalnız beynəlxalq hava limanının ərazisindən 1200-dən artıq mina təmizlənib. Yalnız bir hava limanı ərazisindən bu qədər mina təmizləndiyini nəzərə alsaq, təsəvvür etmək olar ki, burada işlər hansı sürətlə gedib”.

Firuzə Vahid

Zümrüd Paşkin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR