Azərbaycan, Rusiya və İranın Xəzərdə əməkdaşlığına dair Moskvada dəyirmi masa keçirilib - FOTO

Azərbaycan, Rusiya və İranın Xəzərdə əməkdaşlığına dair Moskvada dəyirmi masa keçirilib - FOTO
# 28 sentyabr 2021 17:03 (UTC +04:00)

Moskvada “Azərbaycan, Rusiya və İranın Xəzər dənizində əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” adlı beynəlxalq dəyirmi masa keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Ticarət Sənaye Palatasında “Şimal-Cənub” Siyasi Mərkəzi ilə “Baku Network” Beynəlxalq siyasət və təhlükəsizlik Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə İranın Rusiyadakı səfiri Kazem Cəlali, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, iranlı diplomatlar və üç ölkənin siyasi ekspertləri iştirak ediblər.

Tədbirdə regionda yaranan yeni geosiyasi reallıq fonunda Rusiya, Azərbaycan və İran arasında üçtərəfli əməkdaşlıq münasibətləri, regionun tranzit imkanları müzakirə olunub. Limanlarda sənaye parklarının və azad iqtisadi zonaların inkişafı, “Şimal-Cənub” beynəlxalq tranzit dəhlizinin buraxılış imkanlarının genişlənməsi və dəmiryolunda, dəniz, çay nəqliyyatında və avtomagistrallarda yükdaşımaların artırılması, eləcə də Azərbaycan, Rusiya və İran arasında gəmi nəqliyyatının inkişafı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İranın Rusiyadakı səfiri Kazem Cəlali çıxışında “Şimal-Cənub” layihəsinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, Rəşt-Astara dəmiryolunun İran tərəfində inşasının başa çatmasının vacibliyini bildirib.

“İran üçün avtomobil və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı da vacibdir”, - iranlı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR