XİN: Azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 25 noyabr 2021 16:07 (UTC +04:00)

“Bu günədək fəaliyyətimizin əsas hissəsi Ermənistanın bizə qarşı törətdiyi təcavüz və onun nəticələrini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olub”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Karabakh Memorial” internet resursunun təqdimat mərasimində deyib.

O qeyd edib ki, söhbət 30 ilə qədər davam edən və müstəqilliyinin ilk illərindən Azərbaycana qarşı davam edən təcavüz siyasətindən gedir: “Ekosid törədilib, çaylarımız çirkləndirilib, meşələrimiz məhv edilib. Azərbaycanın mədəni, tarixi irsi dağıdılıb. Bu gün Azərbaycan məğrur xalq kimi dünya qarşısında çıxış edir. Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində böyük işlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR