Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT-nin üzvü olan dövlətlərə təşəkkür edib.
APA-nın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində etdiyi paylaşımında “Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından müzakirəyə çıxarılan və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19-la mübarizədə bütün ölkələrin vaksinlərə ədalətli, əlverişli, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnaməni dəstəkləyən bütün BMT üzv dövlətlərinə təşəkkür edirik”, - deyə yazıb.