XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”

Nazir Ceyhun Bayramovun ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşü

© APA | Nazir Ceyhun Bayramovun ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşü

# 19 may 2021 18:31 (UTC +04:00)

Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu nazir Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.

O bildirib ki, kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir.

"Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib", - deyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR