XİN başçısı Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq platformasının yaradılmasını təklif edib

XİN başçısı Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni əməkdaşlıq platformasının yaradılmasını təklif edib

© APA | Ruslan Kazakbayev

# 02 iyul 2021 12:05 (UTC +04:00)

“Mən qardaş Azərbaycanda rəsmi səfərdə olmaqdan çox şadam”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev deyib.

XİN başçısı deyib ki, bu gün azərbaycanlı həmkarı ilə məhsuldar görüş keçirib, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb: “Ölkələrimiz arasında siyasi problem yoxdur, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik".

Onun sözlərinə görə, bu il iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi barədə razılığa gəlinib.

R. Kazakbayev ölkəsinin Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinə maraq göstərdiyini vurğulayıb.

O qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.

XİN başçısı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa dair “5+3” platformasının yaradılması təklifi ilə də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR