XİN Bolqarıstanda Şimali Makedoniya vətəndaşlarının faciəli ölümü ilə bağlı başsağlığı verib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 23 noyabr 2021 11:07 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Şimali Makedoniyaya başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in "Twitter" hesabında edilən paylaşımda deyilir:

“Bolqarıstanın qərbində magistral yolda avtobusun qəzaya uğraması nəticəsində əksəriyyəti Şimali Makedoniyadan olan turistlər olmaqla onlarla insanın həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Faciəli qəzada həlak olanların ailələrinə, Şimali Makedoniya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 46 nəfər Şimali Makedoniya vətəndaşı həlak olub. 7 nəfər isə Sofiyada xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR