XİN: Ermənistan Kəlbəcərdəki minaları məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 04 iyun 2021 16:25 (UTC +04:00)

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

APA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin media mənsublarının Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı yaydığı məlumatda əksini tapıb.

“Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR