XİN: Ermənistanın ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutmasını qətiyyətlə qınayırıq - VİDEO - YENİLƏNİB

XİN: Ermənistanın ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutmasını qətiyyətlə qınayırıq - VİDEO  - YENİLƏNİB
# 14 iyul 2021 13:54 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, son günlərdə Ermənistan tərəfi ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutur.

Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq. Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir. Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR