XİN rəhbəri: “Azərbaycan 15 ildir neft tədarükündə Avropanın etibarlı tərəfdaşıdır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 17 noyabr 2021 11:35 (UTC +04:00)

“Azərbaycan 15 ildir neft tədarükündə Avropanın etibarlı tərəfdaşıdır”.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel Media Klubunda Avropa İttifaqı-Azərbaycan münasibətlərinə dair paneldə bildirib.

Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırıldığını xatırladan XİN rəhbərinin sözlərinə görə, yanvar ayından etibarən Xəzər dənizindən yarısı Aİ bazarına olmaqla Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac olunub.

C. Bayramov ixrac olunan qazın Avropanın mənbə diversifikasiyasına töhfə verdiyini bildirib.

Nazir qeyd edib ki, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən istifadəni 17%-dən 30%-ə qaldırmağı planlaşdırır, istixana qazı emissiyalarını isə 35%-ə qədər azaltmağı hədəf seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR