XİN rəhbəri: “Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 05 noyabr 2021 11:39 (UTC +04:00)

“Bir il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, 30 illik işğala son qoydu”.

APA-nın xəbərinə görə, bunu bu gün ADA Universitetində təşkil olunan “44 Günlük Zəfər Yolu” konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycan Ordusu xüsusi qəhrəmanlıq göstərərək 30 il işğal altında qalan torpaqlarımızı 44 günə işğaldan azad edib.

“Böyük imperiyanın dağılması ilə ölkələrin müstəqillik əldə etməsi, Azərbaycanın düşdüyü vəziyyətdən danışmaq istəyirəm. Azərbaycan gözlənilmədən radikal separatizm, torpaqlarının işğalı və 1 milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşdi. O günlərə baxanda insan dəhşətə gəlir. Hər 7 vətəndaşdan biri qaçqın və məcburi köçkün idi. Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü, milli maraqlarına uyğun çıxış etdi, Heydər Əliyev fenomeni ətrafında birləşərək addım-addım inkişafa təkan verdi. Qat-qat böyük, əhalisinin sayı daha çox olan ölkələr qaçqın problemi ilə üzləşəndə hansı fəsadlarla üzləşir? Azərbaycan cəmiyyəti həmin cəmiyyətlərdən fərqli olaraq, radikallaşmadı, milli dəyərlərə sadiq oldu. Müstəqil dövlətimizin uğur siyasətinin əsası həmin dövrlərdə quruldu”, - XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR