XİN rəhbəri dost ölkələri azad edilmiş ərazilərin bərpasında iştirak etməyə çağırıb

Xarici işlər naziri Ceyhun Bayramov

© APA | Xarici işlər naziri Ceyhun Bayramov

# 11 noyabr 2021 12:21 (UTC +04:00)

“Ölkəmizin işğaldan azad edilmiş ərazilərində irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür: “Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün önəm kəsb edir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları əhəmiyyət kəsb edir”.

Nazir qeyd edib ki, əsas çətinlik azad edilmiş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır: “Müharibə bitdikdən bu günə qədər minaların partlaması səbəbindən 33 nəfər həlak olmuş, 134 nəfər isə yaralanıb.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması ölkəmizin əsas prioritetlərindəndir, dost ölkələrin şirkətlərinin bu prosesdə yaxından iştirakı önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR