XİN rəhbəri: “Ermənistanın hər hansı təhlükəli addımını hiss etsək, tərəddüdsüz lazımi cavabı verəcəyik”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 17 noyabr 2021 13:08 (UTC +04:00)

“Ermənistanın qonşu dövlətlərə qarşı işğalçı siyasətinin və torpaq iddialarının onların özlərinə nə qədər böyük fəlakətlər gətirdiyini görürlər və görəcəklər. Əminəm ki, gələcəkdə bunların bir daha təkrarlanmaması üçün doğru nəticələr çıxaracaqlar”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya deyib.

O bu kontekstdə Azərbaycan və Türkiyə liderlərinin mesajlarının son dərəcə əhəmiyyətli olmasına diqqət çəkib.

“Sülh və sabitliyin təmin olunmasına yönəlmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə Ermənistan hakimiyyətindən asılıdır, bu, artıq onların məsuliyyətindədir. Ümid edirik ki, bu, düzgün bir seçim olsun. Təəssüf ki, hələ də Ermənistanın revanşist açıqlamalarına şahidlik edir, torpaq iddialarına yönəlik açıqlamalarını eşidirik. Bunlar çox təhlükəli açıqlamalardır. Ermənistan siyasətçilərini daha ağıllı, daha məsuliyyətli hərəkət etməyə çağırırıq. Ermənistanın beynəlxalq hüquqa uyğun davranmayacağı təqdirdə, Azərbaycana qarşı hər hansı təhlükəli bir addım atdığını sezsək, heç tərəddüd etmədən lazımi cavabı verəcəyik. Bizim seçimimiz aydındır: bölgədə sülh və təhlükəsizliyin təmin olunması”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR