XİN rəhbəri Vətən müharibəsi dövründə Azərbaycana dəstək verən dövlətlərə təşəkkür edib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 sentyabr 2021 12:14 (UTC +04:00)

“Düz bir il əvvəl, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-həmlə əməliyyatı nəticəsində işğala son qoydu. 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatdı, 30 il işğal altında qalan torpaqlarımız azad olundu”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Fürsətdən istifadə edərək Vətən müharibəsi dövründə Azərbaycana dəstək olan, Azərbaycanın haqq sözünə dəstəyini nümayiş etdirən bütün dövlətlərə təşəkkür edirəm. Xüsusən Türkiyənin rolunu vurğulamalıyam. Vətən müharibəsinin ilk günündən başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə Böyük Millət Məclisi, deputatlar, siyasi partiyalar, Xarici İşlər Nazirliyi, şəxsən Mövlud Çavuşoğlu, Türkiyə xalqı tam və açıq şəkildə Azərbaycan xalqının, Azərbaycan dövlətinin yanında oldu. Bu siyasi və mənəvi dəstək bizə güc verdi, qardaşlıq rəmzinə çevrildi”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.

C. Bayramov Vətən müharibəsi dövründə Türk Şurasının dəstəyini də yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR