Xudafərin sərhəd-keçid məntəqəsi yaxın gələcəkdə istifadəyə veriləcək

İranın Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi

© APA | İranın Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi

# 29 may 2021 19:40 (UTC +04:00)

Xudafərin sərhəd-keçid məntəqəsi yaxın gələcəkdə istifadəyə veriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Məhəmmədrza Purməhəmmədi deyib.

O bildirib ki, Xudəfərin sərhəd-keçid məntəqəsi Azərbaycanın nəzarətinə keçəndən sonra həm İran, həm də Azərbaycan rəsmilərinin iradəsi bu keçid məntəqəsini yenidən açmaqdır: “Şərqi Azərbaycan əyalətində mövcud olan sərhəd-keçid məntəqələrinin potensialından qonşu ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirmək üçün istifadə olunmalıdır. Culfa və Nurduz sərhəd-keçid məntəqələri İranın Avrasiya ölkələri ilə qapısı hesab olunur. Bu iki keçid məntəqəsi qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafında böyük rol oynayır. Xudafərin keçid məntəqəsi Culfa və Nurduz keçid məntəqələri ilə yanaşı, Şərqi Azərbaycan əyalətinin qonşu ölkələrlə iqtisadi münasibətlərinin artmasına dəstək ola bilər. İxracat və idxalat qarşısında mövcud olan maneələr aradan qaldırılmalıdır. Hazırda əyalət rəsmilərinin prioritet məsələsi budur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR