YAP və Çin Kommunist Partiyası arasında videoformatda görüş keçirilib

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

© APA | Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

# 29 oktyabr 2021 16:07 (UTC +04:00)

Oktyabrın 29-da Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan arasında videoformatda görüş keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan bu görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tahir Budaqov Çyan Xunşanı Çin Kommunist Partiyasının yaradılmasının 100 illiyi münasibətilə bir daha təbrik edib və Zəngəzur dəhlizi Azərbaycanın tranzit ölkə kimi potensialını daha da gücləndirəcək, bu dəhliz vasitəsilə Şərq-Qərb istiqamətində beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artması regionda Azərbaycan və Çinin də fəal iştirakçısı olduğu yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşmasını təmin edəcək: “Bütövlükdə hesab edirik ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial var.

Görüşdə həmçinin, Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı qeyd edilib, ötən il 44 günlük müharibə Vətən müharibəsi barədə məlumat verilib.

Görüşdə iştirak edən Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da ölkələr arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çyan Xunşan da qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir: “Azərbaycan regionda Çinin əsas tərəfdaşlarından biridir. Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır”.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR