Yunanıstan səfiri: "Aİ-ni təcrübəsi azərbaycanlı dostlarımız üçün səmərəli ola bilər" - FOTO

Yunanıstan səfiri: "Aİ-ni təcrübəsi azərbaycanlı dostlarımız üçün səmərəli ola bilər"  - FOTO
# 28 oktyabr 2021 23:38 (UTC +04:00)

Yunanıstanın Azərbaycandakı səfirliyi tərəfindən "Oxi Günü"nün (Yox Günü) 81-ci ildönümünü qeyd olunub.

APA-nın xəbərinə görə, səfirlərin, hökumət və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos çıxış edib.
Diplomat bu günün tarixi, yunanlar üçün əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
O bildirib ki, 1940-cı il oktyabrın 28-də İtaliya diktatoru Benito Mussolinin ultimatumu Yunanıstan hökumətinin rəhbəri İoannis Metaksas tərəfindən rədd edilib və Yunanıstan İtaliya qüvvələrinə qarşı əks hücuma keçib. Səfir "Oxi Günü"nün həm bu hücumla, həm də Aksisin işğalı dövründə Yunanıstanın müqaviməti ilə bağlı olduğunu deyib.

N.Piperiqkos "Oxi Günü" ilə əslində həm də faşizmə qarşı ilk qələbənin qazanıldığını deyib. O bildirib ki, bu müharibə işıq və qaranlıq arasında mübarizə idi və yunan xalqı bu mübarizədə işığı təmsil edərək dünya qarşısında öz öhdəliyini yerinə yetirib, savaşda qurbanlar verib. Diplomat bildirib ki, bu müharibədə ölkədəki infrastruktur məhv edilib, tələfatlar olub. Bu məsələdə Azərbaycan və Yunanıstan bir-birini çox yaxşı başa düşür, çünki Azərbaycan da İkinci Dünya Müharibəsində ağır itkilər verib, Bakı faşistlərin hədəfində olub.

Yunanıstanlı diplomat İkinci Dünya Müharibəsindən sonra Avropanın səhvlərindən nəticə çıxardığını Aİ-ni yaratdığını bildirib. "Avropa İttifaqı bizim ortaq nailiyyətimizdir. Keçmişimiz əməkdaşlıq üçün, irəliyə baxmaq üçün bizim gələcək uğurumuz oldu. Bu təcrübəmiz bizim azərbaycanlı dostlarımız üçün, Cənubi Qafqaz üçün səmərəli ola bilər.
Bütün insanlar parlaq, ortaq sülh dolu gələcəyə hə deyə bilər", deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR