Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşüb - FOTO

Hulusi Akar və Zakir Həsənov

© APA | Hulusi Akar və Zakir Həsənov

# 17 avqust 2021 22:25 (UTC +04:00)

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-21) çərçivəsində bir araya gəliblər.

Səmimi və isti atmosferdə keçən görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.

Son vaxtlar Ermənistanın Azərbaycanla sərhəd xəttində həyata keçirdiyi təxribatlarla bağlı dəyərləndirmələrin edildiyi görüşdə nazir Hulusi Akar Türkiyənin haqq işində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR