Zalkaliani: "Azərbaycanla Gürcüstan arasında 6 sənəd imzalanıb"

David Zalkaliani

© APA | David Zalkaliani

# 29 sentyabr 2021 19:44 (UTC +04:00)

Gürcüstan Baş nazirinin və nümayəndə heyətinin Azərbaycana səfəri son dərəcə uğurlu keçib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani səfərin yekunlarını dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə. son 10 ildə ilk dəfə keçirilən hökumətlərarası iqtisadi komissiyanın iclasında sektorial əməkdaşlığa dair 6 sənəd imzalanıb.

Nazir qeyd edib ki, imzalanan sənədlər regionda uzunmüddətli sülh və sabitliyə, vacib layihələrin həyata keçirilməsinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR