Zaxarova: “Rusiya-Azərbaycan-Ermənistan ekspert dialoquna başlamağı vacib sayırıq”

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 25 noyabr 2021 16:23 (UTC +04:00)

Noyabrın 19-20-də Bakıda Rusiya-Azərbaycan ekspertlər Şurasının birinci iclasının keçirilməsini alqışlayırıq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Fikrimizcə, ekspertlər səviyyəsində keçən belə görüşlər diplomatik təmasların intensiv siyasətini harmonik şəkildə tamamlayır və regionda vəziyyətin sabitləşməsi, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məqsədi ilə rəsmi yollarla qarşılıqlı sərfəli həllərin axtarıb tapılması səylərini möhkəmləndirir. Şərti desək, konkret olaraq həyatı gündəmdə olan siyasi səyləri tamamlayır. Bu, olduqca vacib prosesdir. Ona görə də, biz üçtərəfli – Rusiya-Azərbaycan-Ermənistan ekspert dialoqu ilə bağlı işlərə başlamağı vacib hesab edirik”, - M. Zaxarova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR