Zaxarova: “Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir”

Zaxarova: “Rusiya Azərbaycan-Ermənistan sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir”

© APA | Mariya Zaxarova

# 17 iyun 2021 17:38 (UTC +04:00)

Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir. 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya vəziyyətin de-eskalasiyasına yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir. Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək. Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR